EN

Fransa və ABŞ arasında siyasi gərginlik: Səfir görüşə gəlmədi

ABŞ səfirinin Fransada görüşə gəlməməsi Paris-Vaşinqton gərginliyinə səbəb oldu.

Turkustan.az xəbər verir ki, Fransa mediası ABŞ səfirliyinin sosial media hesabında Lionda öldürülən ifrat sağçı gənclə bağlı açıqlamalarına görə ABŞ səfiri Çarlz Kuşnerin Xarici İşlər Nazirliyində keçiriləcək görüşdə iştirak etməməsini və daha sonra Fransa nazirləri ilə görüşməsinə icazə verilməməsini Paris-Vaşinqton münasibətlərində “yeni gərginlik” kimi qiymətləndirib.

“Le Figaro” və “Le Monde” qəzetlərində yayımlanan xəbərlərdə qeyd olunur ki, Kuşner daha əvvəl Fransanı antisemitizmə qarşı kifayət qədər tədbir görməməkdə ittiham etdiyi açıqlamalarına görə nazirliyə çağırılmışdı, lakin çağırışa baxmayaraq iştirak etməyib.

“HuffPost” qəzeti isə səfirin gəlməməsinin Parisin diplomatik cavab verməsi üçün zəmin yaratdığını yazıb. Hesabatlarda vurğulanır ki, bu hadisə Parislə Vaşinqton arasında gərginliyin artdığını göstərir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
turkustan.az

1Sources