EN

Duracaq haqqı ilə bağlı QƏRAR: Ödəniş artıq saatla yox, günlə hesablanacaq!

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Nəqliyyat vasitəsinin mühafizə olunan duracaqda saxlanılmasına görə haqqın hansı vaxtdan hesablanacağı müəyyənləşib. Bu məsələ Milli Məclisin bu gün keçirilən toplantısında “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə müzakirəyə çıxarılan qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən təsdiq edilib.

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, avtomobillərin duracaqda saxlanması saatla deyil günlə hesablanacaq: 

- Avtomobilin duracağa təxliyə edilməsi 1 ədəd üçün 20 manatdır. Bu, təxliyənin qiymətidir. Duracaqda saxlanma tarifləri isə hazıda qüvvədə olan tariflərə əsasən 1 manatdan başlayır. Avtomobilin çəkisi dəyişdikcə qiymət də yüksəlir. Ağır çəkili avtomobildirsə, qiymət tona görə hesablanır. 3 manata qədər yüksələ bilir. Əsas üstünlük odur ki, qanuna edilən dəyişiklik avtomobil vasitələrinin duracaqda saxlanmasına görə müddəti saatla deyil, günlə hesablanmasını təsdiqləyir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
sherg.az

1Sources