EN

Sülh Şurasının saytı istifadəyə verildi


Qəzza zolağındakı münaqişənin həlli üçün ABŞ-nin təşəbbüsü ilə yaradılan Sülh Şurası ingilis və ərəb dillərində rəsmi veb saytını istifadəyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Dilan Conson “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“boardofpeace.org” ünvanı ilə fəaliyyətə başlayan veb saytın ilk səhifəsində Azərbaycanla bərabər digər 26 təsisçi üzv dövlətlərin adları və bayraqları təqdim olunur.
Saytda Şuranın əsas təsis sənədləri, o cümlədən Qəzza sülh planı, idarəetmə orqanları və onların tərkibi təqdim edilir.
Bundan əlavə, portalda Sülh Şurasının fəaliyyəti ilə bağlı hesabatların dərc olunacağı ayrıca xəbər bölməsi mövcuddur.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıb. Təşkilat İsrail və HƏMAS arasında Qəzzanı idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb. Lakin onun digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə də məşğul olacağı gözlənilir.
Chosen
11
yeniavaz.com

1Sources