EN

“Zirə” qalib gələ bilməsə də, liderliyi qorudu

Əvəzedicilər liqasında 17-ci turun oyunları keçirilib. Bu tur da maraqlı nəticələrlə yadda qalıb.

"Football-plus.az" xəbər verir ki, turun iki mərkəzi qarşılaşmasının birində “Qəbələ” geridönüş edərək “Neftçi”ni məğlub edib. “Qırmızı-qaralar” fasiləyə geridə yollansalar da, 2-ci hissədə iki qol vurmağı bacarıblar.

Gəncədə də gözlənilməz nəticə qeydə alınıb. Çempionluq uğrunda mübarizə aparan “Sabah” “Kəpəz”lə qarşılaşmada heç-heçəyə razı olub. “Turan Tovuz” isə ardıcıl ikinci oyunda qələbə qazanmağı bacarıb. Qərblilər bu dəfə “Sumqayıt”dan güclü olub.“Şamaxı” ardıcıl ikinci oyunda 4 qol vurub. Ötən tur 4:6 uduzan “şirlər” bu dəfə “Araz-Naxçıvan”ı 4:3 hesabıyla məğlub edib.

Turun son oyununda “Zirə” “Qarabağ”la heç-heçə edib. “Qartallar” qələbə qazana bilməsə də, liderliyi qoruyub.

Əvəzedicilər liqası, 17-ci tur
22 fevral
Qəbələ-2 - Neftçi-2 3:2

Cuma Hüseynov, 35; 77. Nasiru Salihu, 46 - Fərid Nəsirli, 11. Ömər Qurbanov, 44.

23 fevral
Kəpəz-2 - Sabah-2 1:1

Sənan Şamilov, 24 - Cavid Məmmədli, 22.

Sumqayıt-2 - Turan Tovuz-2 1:2
Əli Cəlilzadə, 90 - İsmayıl İsmayılov, 7. Bahadur Quliyev, 40.

Şamaxı-2 - Araz-Naxçıvan-2 3:4
Emil Süleymanov, 33. Abdullahi Şuaybu, 55; 73. Həbib İsmayılov, 59 - İbrahim Piriyev, 26. İftixar İbrahimov, 62. Anar Ələkbərov, 66.

Zirə-2 - Qarabağ-2 1:1
Murad Ələkbərov, 22 - Bəhruz Qurbanlı, 75-p.

Xal durumu: Zirə-2 – 36, Sabah-2 – 35, Neftçi-2, Qəbələ-2 – 34,Qarabağ-2 – 25, Turan Tovuz-2 – 19, Sumqayıt-2 – 18, Araz-Naxçıvan-2 – 15, Kəpəz-2 – 13, Şamaxı-2 – 11.

Bombardir: Elçin Qasımov (Turan Tovuz) - 12.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
15
1
football-plus.az

2Sources