AZ

“Zirə” qalib gələ bilməsə də, liderliyi qorudu

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Əvəzedicilər liqasında 17-ci turun oyunları keçirilib. Bu tur da maraqlı nəticələrlə yadda qalıb. "Football-plus.az" xəbər verir ki, turun iki mərkəzi qarşılaşmasının birində “Qəbələ” geridönüş edərək “Neftçi”ni məğlub edib. “Qırmızı-qaralar” fasiləyə geridə yollansalar da, 2-ci hissədə iki qol vurmağı bacarıblar. Gəncədə də gözlənilməz nəticə qeydə alınıb. Çempionluq uğrunda mübarizə aparan “Sabah” “Kəpəz”lə qarşılaşmada heç-heçəyə razı olub. “Turan Tovuz” isə ardıcıl ikinci oyunda qələbə qazanmağı bacarıb. Qərblilər bu dəfə “Sumqayıt”dan güclü olub. “Şamaxı” ardıcıl ikinci oyunda 4 qol vurub. Ötən tur 4:6 uduzan “şirlər” bu dəfə “Araz-Naxçıvan”ı 4:3 hesabıyla məğlub edib. Turun son oyununda “Zirə” “Qarabağ”la heç-heçə edib. “Qartallar” qələbə qazana bilməsə də, liderliyi qoruyub.Əvəzedicilər liqası, 17-ci tur22 fevralQəbələ-2 - Neftçi-2 3:2Cuma Hüseynov, 35; 77. Nasiru Salihu, 46 - Fərid Nəsirli, 11. Ömər Qurbanov, 44.23 fevralKəpəz-2 - Sabah-2 1:1Sənan Şamilov, 24 - Cavid Məmmədli, 22.Sumqayıt-2 - Turan Tovuz-2 1:2Əli Cəlilzadə, 90 - İsmayıl İsmayılov, 7. Bahadur Quliyev, 40.Şamaxı-2 - Araz-Naxçıvan-2 3:4Emil Süleymanov, 33. Abdullahi Şuaybu, 55; 73. Həbib İsmayılov, 59 - İbrahim Piriyev, 26. İftixar İbrahimov, 62. Anar Ələkbərov, 66. Zirə-2 - Qarabağ-2 1:1Murad Ələkbərov, 22 - Bəhruz Qurbanlı, 75-p. Xal durumu: Zirə-2 – 36, Sabah-2 – 35, Neftçi-2, Qəbələ-2 – 34, Qarabağ-2 – 25, Turan Tovuz-2 – 19, Sumqayıt-2 – 18, Araz-Naxçıvan-2 – 15, Kəpəz-2 – 13, Şamaxı-2 – 11.Bombardir: Elçin Qasımov (Turan Tovuz) - 12.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr