EN

Partiya sədri özünə yeni müavin təyin etdi

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu özünə yeni müavin təyin edib.

Hit.az xəbər verir ki, o, bu barədə sərəncam imzalayıb.


Sərəncamda deyilir:

"Partiya nizamnaməsinin müvafiq bəndini rəhbər tutaraq Coşgun Alıyev Rəşad oğlu - Gələcək Azərbaycan Partiyası sədrinin Rəqəmsallaşma, Kibertəhlükəsizlik və Süni İntellekt məsələləri üzrə müavini təyin edilsin. Partiya Ali Məclisinə sərəncamdan irəli gələn hüquqi prosedurları həyata keçirtmək tapşırılsın".

Chosen
3
hit.az

1Sources