EN

REAL adam-Adil Əliyev

Dövlət o zaman güclü olur ki, onun varlığı, yaşamasını hər bir vətəndaş ürəkdən istəyir. Bu istəklə yanaşı bu yöndə fəaliyyət göstərir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev də o şəxslərdəndir ki, daim dövlətin və dövlətçiliyin yanında durub. Fəaliyyəti ilə ətrafdakılara örnək olub...

Adil Əliyevin həyat və fəaliyyəti ilə tanış olmaq üçün sosial şəbəkə üzərindən kiçik bir araşdırma aparsanız hər şey gün kimi ortada olar. Bu günlərdə isə ona qarşı aparılan qara-piar xüsusi məqsədlərə xidmət edir. Ancaq onu da deyim ki, bu piasrı təşkil edənlər də, onu həyata keçirənlər də öz məqsədlərinə nail olmayacaqlar.

Suraxanı Rayonu uzun zamandır getmədiyim Bakı rayonlarından biridir. Düzdür 2 dfə getmişəm. Adil müəllimin qəbuluna düşmək üçün. Qəbul baş tutmayıb. Ancaq aşağıda izlədiyim roseslər onu deməyə əsas verir ki, Adil müllim rəhbər kimi öz işini qura bilib.

Vətəndaşlara diqqət

Suraxanı rayonunda icra hakimiyyətinə gələn hər bir kəs, qəbul olunur. Dərdi dinlənilir və müvafiq addimlar atılır. İcra hakimiyyətinin hər bir əməkdaşı qəbula gələn vətəndaşla çox nəzakətlə danışır. Onları dinləyir. İcra hakimiyyətinin səlahiyyətində olan məsələ ilə bağlı dərhal addımlar atılır. Əgər qaldırılan məsələ icra hakimiyyətinin səalihiyyətində deyilsə ona yol göstərilir. Qanunvericiliyə uyğun olaraq vətəndaşa atılması lazım olan addımlar deyilir.

Eyni zamanda statistik göstiricilər də onu deməyə əsas verir ki, Adil Əliyev Bakı şəhərinə aid olan İcra Hakimiyyətlərinin başçıları arasında ən çox qəbul keçirən başçıdır. Hər qəbulda da kifayyət qədər vətəndaş olur.

Bununla yanaşı şəhid ailələri, qazi və müharibə veteranlarını daim diqqətdə saxlayan Adil Əliyev hər zaman onların yanında olur, xeyir və şər məclislərində iştirak edir.

Bu yazını yazmaqda məqsədim başqadır. Adil Əliyevdən nə çörəyim gəlmir, nə də ki, suyum. Ancaq son zamanların tendensiyası onu deməyəyə əsas verir ki, vətəndaşlarımız göstərilən xidmətin ölçüsünü dəyərləndirməyə çətinlik çəkir. Buna görə də görülən işləri təbliğ eləmək, reallıqları demək lazımdır.

Ədil Ədilzadə

SABAHİNFO.AZ

Chosen
17
sabahinfo.az

1Sources