Azərbaycanlı müğənni Mətanət Əsədova estetik əməliyyat etdirməyə hazırlaşdığını etiraf edib.
Milli.Az xəbər verir ki, sənətçinin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Müğənni bildirib ki, yaxın zamanda xarici görünüşündə ciddi dəyişiklik olacaq:
"Tam dəyişmiş bir insan görəcəksiniz. Cizgilərim yerində qalacaq, ancaq tam bir gözəllik gəlir. İndi özümdən xoşum gəlmir. Yalandan üzümə gözəl olduğumu deyirlər".
Əsədova qeyd edib ki, onu bəzən fərqli məşhurlara bənzədirlər:
"Məni bəzənənlər bir gün Türkan Şoraya, digər gün aktrus Gitaya oxşadırlar. Deyirəm ki, bu yaxında tam ayrı görünüşüm olacaq".
Sənətçi həmçinin Xalq artisti Aygün Kazımovanın da ona bu mövzuda fikir bildirdiyini deyib:
"Aygün Kazımova da deyir ki, sənin elə cizgilərin var ki, nəsə etdirsən, çox gözəl olacaqsan".
Açıqlama izləyicilər arasında birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər sənətçinin qərarını dəstəkləyərək hər kəsin öz görünüşü ilə bağlı seçim etmək hüququ olduğunu vurğulayıblar. Digərləri isə təbii gözəlliyin daha üstün olduğunu qeyd edərək əməliyyata ehtiyac olmadığını bildiriblər.
Estetik müdaxilələr şou-biznes dünyasında artıq adi hal kimi qəbul edilsə də, Mətanət Əsədovanın "tam dəyişmiş insan" olacağı ilə bağlı iddiası marağı daha da artırıb.
Əsədova hansı əməliyyatı etdirəcəyi açıqlamayıb. Onun yeni görünüşü isə artıq indidən maraqla gözlənilir.
Musa
Milli.Az