EN

Qrizmannın yeni ünvanı MLS ola bilər

Fransa millisinin və "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı forvard yaxın günlərdə MLS təmsilçisi "Orlando Siti" klubuna keçidini rəsmiləşdirə bilər.

Tərəflər arasında danışıqlar intensiv şəkildə davam edir və son günlər əhəmiyyətli irəliləyiş əldə olunub. “Orlando Siti”nin idman direktoru Rikardo Moreyranın Madridə səfərindən sonra ABŞ klubunun transferi yaxın həftələrdə yekunlaşdırmaq istədiyi qeyd olunur.

Qrizmann hazırda “Atletiko”nun tarixində ən çox qol vuran futbolçudur – onun hesabında 210 qol var. Təcrübəli hücumçu cari mövsümdə bütün turnirlərdə 35 oyunda iştirak edib, 12 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
5
90deqiqe.az

1Sources