EN

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

Ukraynaya qarşı müharibənin dördüncü ildönümündə Böyük Britaniya 240 hüquqi şəxs, 7 nəfər və 50 gəmini Rusiyaya qarşı sanksiya siyahısına daxil edib.

Çin və BƏƏ şirkətləri də məhdudiyyətlərə məruz qalıb.

Rusiya şirkətlərindən sanksiyalara məruz qalanlar arasında "Rosatom"un strukturları, o cümlədən "Rusatom Overseas" ASC, "Transneft" və "Gazprom SPG Portovaya" MMC yer alıb. Həmçinin "Fora Bank", "Ak-Bars Bank", "Tochka Bank", "Absolut Bank" və "Transkapitalbank" (TKB) və digər Rusiya banklarına qarşı sanksiyalar tətbiq edilib.

APA

Chosen
8
qaziler.az

1Sources