EN

Mafiya ilə döyüşə iki min əsgər göndəriblər

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Meksikada “Xalisko” yeni nəsil mafiya şəbəkəsi liderinin sui-qəsdi ilə başlayan iğtişaşlardan sonra təhlükəsizliyi təmin etmək üçün Meksika Milli Müdafiə Nazirliyi iki min əsgəri Xalisko ştatına gətirib.

Reyting.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru Pablo Lemus brifinqi zamanı bildirib.

“Milli Müdafiə Nazirliyinin iki min əsgəri Xalisko küçələrində patrul xidməti göstərmək üçün gəlib və vəzifələrinin icrasına başlayıblar. Əyalət hakimiyyəti bölgədə normal həyatı tədricən bərpa etməyə və yolları nəqliyyatın hərəkəti üçün açmağa davam edir. İctimai nəqliyyat sisteminin 24 fevralda fəaliyyətini tam bərpa edəcəyi gözlənilir”,- qubernator bildirib.

Qubernator xatırladıb ki, mövcud vəziyyəti nəzərə alaraq, əyalətdəki bütün ictimai tədbirlər sonrakı xəbərdarlığa qədər ləğv edilib və təhsil müəssisələrində əyani dərslər dayandırılıb. O, ştat hakimiyyətinin federal hökumətin tam dəstəyini aldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 22-də “Xalisko” yeni nəsil narkotik şəbəkəsinin lideri El Menço kimi tanınan Ruben Oseguera Servantesin öldürüldüyü elan edilib. Müdafiə Nazirliyinin məlumatına görə, cinayətkar Xaliskoda Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda ölüb. Xüsusi əməliyyatdan iğtişaşlar baş verib, sonra yollar bağlanıb, avtomobillər və müəssisələr yandırılıb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
reyting.az

1Sources