EN

Avropada təbii qaz ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 385 ABŞ dollarınadək enib.

APA-Economics” xəbər verir ki, 24 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 385,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (388,5 dollar) ilə müqayisədə 0,8% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Chosen
20
4
apa.az

10Sources