AZ

Avropada təbii qazın qiyməti 400 dolları ötüb

ain.az bildirir, Apa.az portalına istinadən.

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.

“APA-Economics” xəbər verir ki, 19 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 403,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (385,1 dollar) ilə müqayisədə 4,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
7
apa.az

10Mənbələr