EN

Süni intellekti şagirdlər üçün köməkçi vasitə kimi görürük Nazirlik

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

“İlk öncə təhsildə süni intellekt aləti ilə həll etmək istədiyimiz məsələlərdən danışmaq lazımdır”.

Redaktor.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

“Bərabər təhsil imkanları yaratmaq istəyirik. İstəyirik ki, bütün şagirdlər eyni səviyyəli və keyfiyyətli təhsil məzmununa çıxış əldə etsinlər. Bunun üçün də onlara alət təklif etmək niyyətindəyik. Süni intellekti şagirdlər üçün köməkçi vasitə kimi görürük. Müəllimləri daha məhsuldar etmək istəyirik ki, məktəbdəki vaxtlarını tədrisə və şagirdlərlə işə ayırsınlar”, - rəis deyib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
redaktor.az

2Sources