Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb. 1news.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".