Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bu AzÉ™rbaycan Respublikası Milli MÉ™clisinin parlamentlÉ™rarası É™laqÉ™lÉ™r üzrÉ™ işçi qruplarının rÉ™hbÉ™rlÉ™rinin seçilmÉ™si haqqında” Milli MÉ™clisinin QÉ™rarında dÉ™yiÅŸikliklÉ™r edilmÉ™si barÉ™dÉ™ qÉ™rar layihÉ™sindÉ™ öz É™ksini tapıb.
Qərar layihəsinə əsasən, işçi qruplarının sədrləri aşağıdakı deputatlar olacaq:
Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan-Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan-Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Allahverənov Azər Kərim oğlu;
Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə Qafarov Vasif Vaqif oğlu olacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırkı rəhbəri Həsən Ramil Sahib oğlunun deputat mandatına 15 oktaybr 2025-ci ildə xitam verilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.