EN

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir

BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı hücumunun dörd ilinin tamam olduğu xatırladılıb.

Xezerxeber.az xəbər verir ki, Baş katib işğalın BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu vurğulayıb.

BMT Baş katibinin bəyanatında bildirilir: “Bu dağıdıcı müharibə kollektiv vicdanımızda ləkədir, regional və beynəlxalq sülhə, təhlükəsizliyə təhdid olaraq qalır. Müharibə nə qədər çox davam edərsə, bir o qədər qanlı olur”.

Ukraynada müharibənin başlamasından bəri 2025-ci ildə mülki şəxslərin ən yüksək ölüm halları qeydə alınıb. “Ədalətli, davamlı və hərtərəfli sülhə doğru ilk addım olaraq təcili, tam və qeyd-şərtsiz atəşkəs çağırışımı təkrarlayıram”, -deyə Baş katib bildirib.

O əlavə edib ki, sülhün ədalətli olması üçün BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT TŞ-nin müvafiq qətnamələrinə əməl edilməlidir. Antonio Quterreş, həmçinin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.

“Birləşmiş Millətlər Təşkilatı sülhə nail olmağa yönəlmiş bütün səylərə töhfə verməyə hazırdır”, deyə Baş katib bildirib.

Chosen
2
3
xezerxeber.az

4Sources