EN

İranda helikopter bazara düşdü

İranın İsfahan əyalətinə bağlı Darçeh Xomeyni bölgəsində helikopterin Meyvə-Tərəvəz Bazarı kompleksi ərazisinə düşdüyü bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Islamic Republic of Iran Broadcasting” hadisə yerindən görüntülər yayımlayıb.

Kadrlarda helikopterin düşməsindən sonra baş verən yanğına yanğınsöndürənlərin müdaxilə etdiyi əks olunub.

Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İlkin məlumata görə, qəza baş verən ərazi şəhərin sıx ticarət nöqtələrindən biridir.

Hadisə vaxtı bazarda insanların olub-olmadığı və helikopterdə neçə nəfərin olduğu dəqiqləşdirilir.

Səlahiyyətli qurumların qəzanın səbəbləri ilə bağlı araşdırmaya başladığı bildirilib.

Chosen
24
cebheinfo.az

1Sources