EN

Müharibənin ildönümündə Kiyevə getdilər - VİDEO

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı avropalı rəsmilər “X” hesabında paylaşıblar.

Onları Kiyevdə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa qarşılayıb. 

Lyayen bunun Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Kiyevə sayca onuncu səfərinin olduğunu bildirib. 

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna arasında 2022-ci ildə başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur.

"Cebheinfo.az"

Chosen
9
1
cebheinfo.az

2Sources