FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar telefon xÉ™ttinÉ™ Sumqayıt ÅŸÉ™hÉ™ri, İnÅŸaatçılar küçəsindÉ™ sursat aÅŸkar edilmÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.
Bu barədə Moderator.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 130 mm-lik yivli top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.