EN

Fransalı siyasətçi: Makron tamamilə dəlidir

Fransa prezidenti Emmanuel Makronun Rusiya əleyhinə 20-ci sanksiya paketini və Ukraynaya 90 milyard avroluq krediti dəstəkləməsi Fransa liderinin öz xalqının maraqlarına zidd hərəkət etdiyini göstərir...

Poliqon xəbər verir ki, Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bunu X sosial şəbəkəsində yazıb.

Siyasətçi öz paylaşımında Makronun Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kredit vermək və 20-ci sanksiya paketini tətbiq etməklə Rusiyaya təzyiqi artırmaq planları ilə bağlı vədlərini "gülünc" adlandırıb.

"Makron tamamilə dəlidir. Bu məsələlərdə Makron Macarıstan vetosunun qüvvədə olmadığına inanır, baxmayaraq ki, əslində hər şey bloklanıb. Ən azından bu iki məsələdə Makron Fransanın maraqlarına zidd hərəkət edir", deyə Filippo yazıb.

Siyasətçi Makronun vəzifəsindən getməli olduğunu və Fransanın Avropa İttifaqından çıxmasının sülhə gətirib çıxaracağını vurğulayıb.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources