EN

Sumqayıt Sənaye Parkında ötən il bu qədər məhsul satışı həyata keçirilib


Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov rəhbərlik etdiyi qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

"2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb. 

Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir", - o bildirib.

Chosen
15
4
anews.az

10Sources