EN

Zelenski: Putin Ukraynaya təzyiq göstərmək üçün Trampdan istifadə edir

Rusiya müharibəni bitirmək niyyətində olmadan beynəlxalq ictimaiyyəti və ayrı-ayrı liderləri manipulyasiya etməyə çalışır.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna lideri deyib. Rusiyanın müharibəni bitirmək niyyəti yoxdur və ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq liderlərdən istifadə edərək Ukraynanın danışıqlar mövqeyini zəiflətməyə çalışır. Prezident Vladimir Zelenski bunu Financial Times qəzetinə verdiyi müsahibədə bildirib .

Dövlət başçısının sözlərinə görə, Rusiya özünü "pis aktyor" kimi aparır, inandırıcılıq illüziyası yaradır, amma əslində sülhə can atmır.

Zelenski vurğulayıb ki, Rusiya hökuməti, xüsusən də ABŞ prezidentinə müraciəti vasitəsilə beynəlxalq arenada vəziyyəti manipulyasiya etməyə çalışır. Bu hərəkətlər Ukraynanın mövqeyini zəiflətməyə və sülh prosesini gecikdirməyə yönəlib.

Prezident qeyd edib ki, Rusiya diktatoru Vladimir Putinin inandırıcı və etibarlı görünmək cəhdləri sadəcə teatr xarakterlidir. Kreml müharibəni həqiqətən bitirmək niyyəti olmadan beynəlxalq ictimaiyyəti və ayrı-ayrı liderləri manipulyasiya etməyə çalışır.

Xatırladaq ki, Zelenski əvvəllər Putinin Üçüncü Dünya Müharibəsini başlatdığını bildirmişdi . İndiki vəzifə onun tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır.

Müəllif: Günel Fərzəliyeva
Chosen
7
1
sia.az

2Sources