EN

İranla bağlı yayılan İDDİALAR

Yazını böyüt
Yazını kiçilt

İranın Ali dini rəhbəri Əli Xameneinin vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi qeyri-rəsmi platformalarda iddialar yayılıb. Məlumatlarda onun ölümünün mümkün sui-qəsd və ya hakimiyyət daxilində baş verə biləcək intriqaların nəticəsi ola biləcəyi ehtimalı irəli sürülür.

Hafta.az xəbər verir ki, rəsmi Tehran tərəfindən məsələ ilə bağlı hələlik hər hansı təsdiqlənmiş açıqlama verilməyib. İran hakimiyyət strukturları və dövlət mediası xəbərlərə münasibət bildirməyib.

İddialara görə, ötən həftə Əli Xamenei özündən sonra ali rəhbərlik postuna Əli Laricaninin gətirilməsini vəsiyyət edib. Bununla belə, İran Konstitusiyasına əsasən, Ali dini rəhbərin seçilməsi səlahiyyəti Ekspertlər Məclisinə məxsusdur və varislik prosesi rəsmi prosedurlar çərçivəsində həyata keçirilir.

Hazırda yayılan məlumatların doğruluğu müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Mövzu ilə bağlı rəsmi açıqlama veriləcəyi təqdirdə əlavə məlumat təqdim olunacaq.

Tahirə Qafarlı

Chosen
17
hafta.az

1Sources