EN

Sahib Məmmədov: Minimum əməkhaqqı yaşayış minimumuna uyğun olaraq yenilənə bilər

“Əmək Məcəlləsində göstərilir ki, minimum əməkhaqqı ixtisassız əməyə görə aylıq əmək haqqının ən aşağı həddidir. Yəni, tutaq ki, bir şəxsin heç bir ixtisası yoxdur və ixtisassız fəhlə kimi çalışırsa, ona bir ay ərzində ən azı minimum əməkhaqqı məbləği ödənilməlidir. Hazırda bu məbləğ 400 manatdır və “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq hər il yenidən nəzərdən keçirilir.

QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, yəni, “Yaşayış minimumu haqqında” Qanuna əsasən minimum göstəricilər dəyişdikcə, minimum əməkhaqqının məbləğinə də baxıla və o dəyişdirilə bilər. Buna görə də edilən bu dəyişiklik mühüm əhəmiyyət daşıyır.”

 

Pərvanə Fərhadqızı

Chosen
12
qht.az

1Sources