EN

Slovakiya Avropa Komissiyasından “Drujba” neft kəmərini yoxlamasını istəyib

Slovakiya hökuməti Avropa Komissiyasından Ukraynadakı “Drujba” boru kəmərini yoxlamasını və onun həqiqətən neft nəqli üçün yararsız olub-olmadığını müəyyən etməsini istəyib.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib. O, Ukrayna tərəfinin zədələnmiş boru kəməri ərazisinə giriş üçün edilən sorğulara cavab verməməsindən şikayətlənib.

"Ukrayna tərəfinin yanaşması bizə aydın deyil. Onlar bizimlə əlaqə saxlamırlar... Biz həmçinin Aİ Enerji Komissarı Jørgensendən zərərin o qədər ciddi olub-olmadığını və neft tədarükünün davam edə bilməyəcəyini müəyyən etmək üçün əraziyə yoxlama qrupu göndərməsini xahiş etmişik".

Cənab Blanar qeyd edib ki, Slovakiyadakı Slovnaft neft emalı zavodu Ukraynanın neft istehlakının 15%-ni təşkil edir. Slovakiya lazım olduqda qonşu ölkəyə elektrik enerjisi verir. "Niyə cavab vermədiklərini və niyə zədələnmiş əraziyə baş çəkib vəziyyəti necə birgə həll edə biləcəyimizi müzakirə edə bilmədiyimizi başa düşmürük", - deyə nazir izah edib.

Chosen
18
herbiand.az

1Sources