
Bir neçə yüksək vəzifəli İran rəsmisinin ailə üzvləri son bir ay ərzində ölkədən təxminən yarım milyard dollar vəsait çıxarıb.
Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” telekanalı məlumat yayıb.
Bildirilib ki, söhbət Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İranın Ali rəhbərinin müşaviri Əli Şəmxani və ölkənin Radio və Televiziya Təşkilatı Birliyinin baş katibi Əli Kərimian, eləcə də onların oğullarından gedir.
Məlumata görə, vəsaitlərin köçürülməsində kriptovalyuta, nağd pul və qızıldan istifadə olunur. Pulların bir hissəsinin Moskvaya, digər hissəsinin isə Sinqapura – ILT Capital adlı şirkətin hesabına yönləndirildiyi bildirilir.
Qeyd olunub ki, maliyyə axınına nəzarəti Əli Kərimianın oğlu Məhəmməd Kərimian həyata keçirir. Vəsaitlərin Dubaya köçürüldüyü və burada Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani tərəfindən qəbul edildiyi açıqlanıb.
Daşqın HəsənovMissiya.Az