ain.az bildirir, Cebheinfo portalına istinadən.
İsrailin “Channel 14” telekanalının yaydığı məlumata görə, bir neçə yüksək vəzifəli İran rəsmisinin ailə üzvləri son bir ay ərzində ölkədən təxminən yarım milyard dollar vəsait çıxarıb.
Məlumatda bildirilir ki, söhbət Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İranın ali rəhbərinin müşaviri Əli Şəmxani və ölkənin Radio və Televiziya Təşkilatı Birliyinin baş katibi Əli Kərimian, eləcə də onların oğullarından gedir.
"Cebheinfo.az" xəbər verir ki,vəsaitlərin köçürülməsində kriptovalyuta, nağd pul və qızıldan istifadə olunur. Pulların bir hissəsinin Moskvaya, digər hissəsinin isə Sinqapura - " ILT Capital" adlı şirkətin hesabına yönləndirildiyi bildirilir.
Qeyd olunur ki, maliyyə axınına nəzarəti Əli Kərimianın oğlu Məhəmməd Kərimian həyata keçirir. Vəsaitlərin Dubaya köçürüldüyü və burada Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani tərəfindən qəbul edildiyi açıqlanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.