EN

“Ukrayna hökuməti vergiləri artırmaqdan imtina edərsə, “maliyyə faciəsi” ilə üzləşəcək” - Deputat

Ukrayna hökuməti Beynəlxalq Valyuta Fondundan (BVF) kredit almaq üçün vergiləri artırmaqdan imtina edərsə, “maliyyə faciəsi” ilə üzləşəcək.

Herbiand.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının Maliyyə Komitəsinin rəhbəri Daniil Hetmantsev bildirib.

Deputat qeyd edib ki, bütün həmkarları maliyyə faciəsini əvvəlcədən hiss etmirlər: “Bu, məndə var, maliyyə nazirində var, çünki o, başa düşür ki, aprel ayında xərcləri maliyyələşdirməyə heç nə olmayacaq”.

Hetmantsev həmçinin, Kiyev rəhbərliyinin hərəkətlərini tənqid edərək, maliyyə siyasətindəki uyğunsuzluğa və sosial müavinətlər üçün daimi ayrılan əhəmiyyətli vəsaitlərə işarə edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
12
herbiand.az

1Sources