EN

"Müharibə başlayandan bəri 10-cu dəfə Kiyevdə..." - Leyen

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Leyen "X" platformasında yazıb.

"Müharibənin başlanğıcından bəri onuncu dəfə Kiyevdə..." -  Avropa rəsmisi paylaşımında qeyd edib. 

Onu Zaliçini dəmir yolu stansiyasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

Xatırladaq ki, bu gün Rusiya və Ukrayna arasında müharibənin başlamasından 4 il ötür. 

 

Chosen
15
2
unikal.az

4Sources