EN

“Maaşın gecikməsinə görə narazılıq var” – baş məşqçi etiraf etdi

1-ci liqa təmsilçisi “Zaqatala”da yenidən problemlər yenidən baş qaldırıb. Belə ki, maaşlar verilmir, futbolçular oyuna çıxmaqdan boyun qaçırır, birtəhər məsələ razılaşdırılılır.

“Football-plus.az” bütün bu məqamlarla bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb:

“Maaşlarda gecikmələr var. Amma rəhbərlik bildirib ki, heç bir problem olmayacaq, maaşlar veriləcək. Sadəcə, gecikmə var. Maliyyə baxımından ciddi problem yoxdu. Futbolçuların meydana çıxmaq istəməməsini mən dəqiq deyə bilmərəm. Hansı futbolçular narazılıq edibsə, onlar məlumat versə, daha yaxşı olar. Maaşın gecikməsinə görə narazılıq var, bəli. Amma hamısı meydana çıxıb, son oyunda qalib də gəlmişik. Bu hər mövsüm bizdə olan problemdi, indi də elədi. Futbolçular bəlkə öz aralarında danışıblar, bunu deyə bilmərəm. Amma biz - məşqçilər işimizi həmişəki qaydada görmüşük, oyunlara da futbolçularımızla hazırlaşmışıq”.

MÜZƏFFƏR QULUZADƏ

1Sources