EN

ABŞ-nin 10%-lik qlobal idxal rüsumları qüvvəyə minib

ABŞ-nin idxala tətbiq etdiyi qlobal rüsumlar qüvvəyə minib. Bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) məlumat yayıb.

Qurumun bəyanatına görə, 24 fevral 2026-cı il tarixində ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-dən (Bakı vaxtı ilə 09:01) etibarən xaricdə istehsal olunaraq ABŞ-yə idxal edilən və ya anbarlardan buraxılan bütün mallara 10% həcmində rüsum tətbiq olunur. Tədbir 150 gün – 24 iyul 2026-cı ilədək qüvvədə olacaq.

Ağ evin nümayəndəsi “NBC News” telekanalına bildirib ki, Vaşinqton administrasiyası qlobal idxal rüsumlarının 15%-ə qədər artırılması ilə bağlı ayrıca sərəncam üzərində işləyir. Lakin sənədin prezident Donald Tramp tərəfindən nə vaxt imzalana biləcəyi dəqiqləşdirilməyib.

Cümə günü ABŞ Ali Məhkəməsi bəzi ölkələrə qarşı daha əvvəl tətbiq edilmiş idxal rüsumlarını beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanuna istinad edilərək tətbiq olunmasını səlahiyyətlərin aşılması kimi qiymətləndirib. Bundan sonra Amerika lideri bütün ölkələrdən idxala 10% rüsum tətbiq edilməsi barədə fərman imzalayıb. Daha sonra isə bu rüsumların 15%-ə qaldırılması niyyətini açıqlayıb.

Chosen
27
banker.az

1Sources