EN

Tramp: “İranla nüvə razılaşması əldə etməyə üstünlük verirəm”

ABŞ prezidenti Donald Tramp Tehranla nüvə proqramı ilə bağlı razılığa gəlməyə üstünlük verəcəyini bildirib, lakin yenidən İslam Respublikasını güc tətbiq etməklə hədələyib.

Vətəninfo.az xəbər verir ki, o, bu barədə TruthSocial sosial şəbəkəsində açıqlama verib.

Amerika lideri ABŞ-ın İrana qarşı hərbi əməliyyat ehtimalına toxunaraq yazıb: “Qərarı verən mənəm. Mən razılaşma bağlamamaqdansa, razılaşma bağlamağı üstün tutardım və əgər razılaşmasaq, bu, həm bu ölkə, həm də təəssüf ki, onun xalqı üçün çox pis olacaq. Çünki onlar böyük və gözəldirlər və onlara bu qədər pis bir şey olmamalıdır”.

Chosen
9
veteninfo.az

1Sources