EN

Qarabağ üçün qürur MATÇI

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Azərbaycan çempionu növbəti sınağına çıxır.

Milli.Az xəbər verir ki, "Qarabağ" bu gecə İngiltərədə "Nyukasl"la ilə üz-üzə gələcək. Görüş Nyukasl şəhərində yerləşən "St James' Park" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşma İtaliya hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi tanınmış FİFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR sisteminə isə Daniele Kiffi rəhbərlik edəcək, onun assistenti almaniyalı Kristian Dinqert olacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə İngiltərə təmsilçisi inamlı qələbə qazanıb - 6:1. Ağdam klubu isə səfərdə qürur matçında çətin tapşırığın öhdəsindən gəlməyə və böyük hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

25 fevral

00:00 - "Nyukasl Yunayted" - "Qarabağ"

Tural

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
2
news.milli.az

3Sources