EN

ABŞ bu tarixdə İrana hücum edə bilər

Vətəninfo.az xəbər verir ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ABŞ-nin İslam Respublikasına mümkün hücumları ilə bağlı müxtəlif mövqelər ifadə ediblər.

“Axios” nəşrinin daxili müzakirələrlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, vitse-prezident Vens Cenevrədə gözlənilən danışıqların diplomatik irəliləyişlərə səbəb olacağına ümid edir, lakin razılaşmanın əldə olunma şanslarına optimist yanaşmır.

Öz növbəsində, adətən İrana qarşı sərt yanaşmanı müdafiə edən dövlət katibi Rubio bu dəfə “hərbi kampaniyanın başlamasına qətiyyətlə lehinə və ya əleyhinə çıxış etmək əvəzinə, gözləmə mövqeyi tutub”.

Eyni zamanda, mənbələr qeyd edirlər ki, Trampın xüsusi nümayəndələri Uitkof və Kuşner prezidenti gələcək hərbi əməliyyatlardan çəkinməyə və diplomatiyaya şans verməyə çağırırlar.

Chosen
18
veteninfo.az

1Sources