EN

Oruc tutub məşq edənlərə xəbərdarlıq Əzələ itkisi istəmirsinizsə...

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramazan ayında qidalanma rejimini düzgün qurmadıqda bədəndə yorğunluq, çəki artımı və əzələ itkisi baş verir. Tanınmış mütəxəssis Osman Müftüoğlu son açıqlamasında iftar və sahur süfrələrində yol verilən kritik səhvlərdən danışıb.Demokrat.az xəbər verir ki, Osman Müftüoğlunun sözlərinə görə gün boyu dincələn həzm sistemini iftarda qəfil yükləmək maddələr mübadiləsini alt-üst edir. Onun sözlərinə görə, iftarda edilən ən böyük xəta yeməyi çox sürətli və nəzarətsiz qəbul etməkdir. Uzunmüddətli aclıqdan sonra bədənə birbaşa yüksək kalorili qidalar və karbohidrat daxil olduqda insulin səviyyəsi qəfil yüksəlir. Bu hal bədənin yağ toplamasına və insanın özünü halsız hiss etməsinə şərait yaradır. Ağ çörək, düyü plovu və şərbətli şirniyyatların bir yerdə istehlakı isə vəziyyəti daha da ağırlaşdırır.İftar süfrələrindəki əsas çatışmazlıq çox vaxt proteinlə bağlıdır. Kifayət qədər protein qəbul edilmədikdə bədən enerji üçün əzələ toxumasına üz tutur. Bu isə xüsusilə yaşlı insanlarda əzələlərin zəifləməsi və bədənin tez yorulması ilə nəticələnir. Müftüoğlu qeyd edir ki, iftarda ətli tərəvəz yeməkləri, paxlalılar, qatıq və balıq kimi seçimlərə mütləq yer verilməlidir. Sahurda isə yumurta və süd məhsullarının istifadəsi həm toxluq hissini artırır, həm də əzələ kütləsini qoruyur.Sahur yeməyindən imtina etmək də ciddi risklər yaradır. Sahuru ötürdükdə aclıq müddəti həddindən artıq uzanır. Bu da baş ağrısı, təzyiq düşməsi və əzələ parçalanmasına yol açır. Mütəxəssis sahurun yüngül, lakin balanslı səhər yeməyi formatında olmasını tövsiyə edir.Ramazan ayında yuxu rejimi də qidalanma qədər önəmlidir. Gec saatlara qədər oyaq qalmaq iştah hormonlarını dəyişir və şirniyyat istəyini artırır. Müftüoğlu iftardan sonra qısa yürüyüşlər etməyi və gün ərzində 20 dəqiqəlik qısa yuxu ilə beyni dincəltməyi məsləhət görür.Bununla yanaşı, xroniki xəstəliyi olanlar, insulindən asılı şəkər xəstələri və ürək problemi olan şəxslər oruc tutmazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Dərman saatlarını həkim rəyi olmadan dəyişmək sağlamlıq üçün təhlükə yarada bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources