EN

Suriyada İŞİD-in hücumu zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb

İŞİD silahlılarının Suriyanın şimal-şərqindəki Rakka vilayətində nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin dörd nümayəndəsi həlak olub.

APA xəbər verir k, bu barədə SANA agentliyi məlumat yayıb.

Onun məlumatına görə, hücuma eyniadlı vilayətin inzibati mərkəzi olan Rakka şəhərinin qərbində yerləşən məntəqə məruz qalıb.

Daxili təhlükəsizlik qüvvələri hücumu dəf edib, hadisə yerinə hərbi polis əməkdaşları göndərilib.

Hazırda polis bölmələri ərazinin hərtərəfli yoxlamasını aparır.

Əməliyyatın məqsədi hücumu törətmiş terror özəyinin qalan üzvlərini aşkarlayıb məhv etmək və bu rayonda təhlükəsizliyin tam bərpasıdır.

Chosen
17
4
apa.az

5Sources