Fevralın sonunda səmada planetar parad görünəcək.
Publika.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
Məlumata görə, fevralın 28-də axşam səmasında bir deyil, iki deyil, altı planet görəcəyik. Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter gün batdıqdan az sonra peyda olacaq.
Əlverişli hava şəraitində yalnız dörd planet - Merkuri, Venera, Saturn və Yupiter adi gözlə görünəcək. Bununla belə, Uran və Neptunu müşahidə etmək üçün optik alətlər tələb olunacaq.