EN

Almaniyanın ÜDM-in həcmi 5,1 trilyon dollara çatdı

Bakı. Trend:

Ötən il Almaniyanın ümumi daxili məhsulu (ÜDM) təxminən 5,1trilyon dollara çatıb. Bu nəticə ilə Almaniya davam edən iqtisadiböhranlara baxmayaraq, Çin və ABŞ-dən sonra üçüncü sıradakı yeriniqoruyub saxlayıb.

Trend xəbər verir ki, bubarədə Alman İqtisadiyyat İnstitutunun (IW) hesabatındabildirilib.

Ötən il ABŞ-də ÜDM-in həcmi 30,8 trilyon, Çində isə 19,5 trilyondollar təşkil edib. Yaponiya isə 4,4 trilyon dollarlıq göstəriciilə dördüncü yerdədir. Yaponiya üçüncü yeri 2024-cü ildə Almaniyayauduzub. Hər iki iqtisadiyyat oxşar problemlərdən - qlobal ticarətdəproteksionizmin artmasından, Çin ilə artan rəqabətdən və əhalininqocalmasından əziyyət çəkir. Bundan başqa, Almaniya və Yaponiya birmüddətdir ABŞ və Çinin inkişaf dinamikasından geri qalır. Bu, həriki ölkənin yüksək texnologiyalar və süni intellekt sahəsində lidermövqeyi və böyük daxili bazarları ilə əlaqədardır.

Hesabatda bildirilib ki, Almaniyanın 2026-cı ildə də üçüncü yeriqoruyacağı gözlənilir. Bu, güclü sənaye bazası, ixtisaslı kadrlarvə elmtutumlu şirkətlər sayəsində mümkün olacaq. İqtisadidurğunluqla müşahidə olunan ardıcıl iki ildən sonra iqtisadiyyattəxminən bir faiz artım göstərəcək və bu, dövlət investisiyalarıilə dəstəklənəcək. Lakin bərpa prosesi hələ də zəifdir.

Chosen
18
az.trend.az

1Sources