EN

Kanada Kubaya yardım planı hazırlayır Anand

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kanadanın xarici işlər naziri Anita Anand ABŞ-ın tarif təhdidlərinə baxmayaraq Kubaya yardım planının hazırlanacağını açıqlayıb.

Axar.az xəbər verir ki, XİN rəhbəri hökumətin Kubaya yardım göstərmək planı üzərində işlədiyini bildirib.

"Biz Kubaya kömək etmək üçün bir plan hazırlayırıq. Lakin Kanada hökuməti hazırda bu məsələ ilə bağlı ətraflı məlumat vermək iqtidarında deyil”, - deyə A.Anand bildirib.

Qeyd edək ki, Kuba son illərin ən ağır iqtisadi böhranını yaşayır. ABŞ-ın embarqonu sərtləşdirməsi bu ada ölkəsində yaşam şərtlərini xeyli çətinləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
axar.az

1Sources