EN

Günlər öncə qəza baş verən su xətti ilə bağlı açıqlama: “Təmirin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində su xəttində qəza baş versə də, artıq 3 gündür problem həll olunmayıb. Sakinlər bildirirlər ki, Ramazan ayında susuz qalmaq vəziyyəti daha da çətinləşdirir. Su olmadığı üçün mənzillərdə kombilər işləməyib və evlərdə soyuq şərait yaranıb.Əraziyə nə zaman müdaxilə ediləcək və sakinlərin susuz qalmasının qarşısını almaq üçün hansı tədbirlər görüləcək?

Yaranan sualla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib. Qəza baş verdiyi gündən etibarən əraziyə rayon sukanal idarəsinin qəza briqadası göndərilib. Xəttdəki qəzaya görə təmir və bərpa işləri hazırda istismar qaydalarına uyğun olaraq davam etdirilir. Təmirin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra isə suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi həyata keçiriləcək”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources