EN

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bakı, 23 fevral, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov növbəti dəfə vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Energetika Nazirliyində təşkil olunan görüş zamanı istilik enerjisi sərfiyyatı üzrə borcun yaranması, elektrik verilişi xəttinin mühafizə zonası, yaşayış binasında qaz xəttinin istismar vəziyyəti, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Chosen
3
7
azertag.az

8Sources