EN

İsrailli köçkünlər məscidi yandırıblar - VİDEO

Bazar ertəsi səhər tezdən israilli köçkünlər Nablusun cənub-qərbində, Tel və Sarra kəndləri arasında yerləşən Əbu Bəkr əs-Siddiq məscidinin bir hissəsini yandırıblar.

Ölkə.Az "Al Araby"yə istinadnə xəbər verir ki, yanğın məscidin daxili hissəsinin bir qismini əhatə edib. Lakin yerli sakinlərin operativ müdaxiləsi sayəsində tikilinin tamamilə məhv olmasının qarşısı alınıb. Məscidin divarlarına ivrit dilində təhdid xarakterli yazılar yazıldığı bildirilir.

Fələstinin Din İşləri və Vəqflər Nazirliyi hücumu pisləyib. Qurumun açıqlamasında qeyd olunub ki, 2025-ci ildən bəri məskunlaşanların hücumları nəticəsində artıq 45 məscid zərər görüb. Hadisə beynəlxalq hüququn və dini etiqad azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti bildirib ki, məscidin yandırılması və divarlara qraffiti çəkilməsi ilə bağlı şübhəlilər barədə məlumat daxil olduqdan sonra polis reaksiya verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik qüvvələri şübhəlilərin axtarışına başlayıb, faktla bağlı araşdırma aparılır.

“İsrail Müdafiə Qüvvələri dini obyektlərə qarşı hücumlar da daxil olmaqla bu cür əməlləri pisləyir və ərazidə təhlükəsizlik və asayişin təmin olunması üçün qətiyyətli şəkildə fəaliyyət göstərəcək”, – deyə açıqlamada bildirilir.

Chosen
17
3
olke.az

4Sources