EN

Azərbaycanda qızın 7 yarıçılpaq oğlanın arasında olması ... Tiktokdakı biabırçı VİDEO barədə açıqlama

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ötən gün sosial şəbəkə platforması “TikTok”da gənclər arasında yayılan video böyük müzakirələrə səbəb olub. Videoda təxminən 7-8 yeniyetmə və bir qız bir araya gələrək rəqs edir, sanki içkili vəziyyətdəymiş kimi hərəkətlər edirlər və hərəkətlər zamanı uyğunsuz, nalayiq ifadələrdən istifadə olunur. Görüntülər təkcə əyləncə məqsədli olmayıb, həm də etik normaların pozulması, valideyn nəzarətinin zəifliyi və yeniyetmələr arasında sərbəstliyin artması kimi məsələləri gündəmə gətirir. Videonun paylaşılması və internetdə yayılması ictimai narahatlıq doğurur.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, son zamanlar sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında, yeniyetmələrin və tələbələrin sərbəst, bəzən etik normalara uyğun olmayan davranışlarını əks etdirən videolar yayılır:“Belə hallarda əsas səbəb valideyn nəzarətinin zəif olması və yeniyetmələrə artıq sərbəstlik verilməsidir. Bu yaş qrupuna aid gənclərin adətən 15-18 yaş arasında davranışlarını, həm məktəb, həm də tələbə mühiti daxilində, bəzən sərbəst və nəzarətsiz şəkildə nümayiş etdirdiyi müşahidə olunur. Videolarda bir neçə yeniyetmə bir araya gələrək, rəqs edir, musiqi ifa edir və bəzi hallarda söyüş və qeyri-etik ifadələrdən istifadə edirlər. Bu davranışlar yalnız sosial şəbəkədə diqqət çəkmək məqsədi daşımır, eyni zamanda narsizm, eqosentrizm və başqalarına təzyiq göstərmək kimi sosial və mənəvi problemlərə yol açır. Belə hallar ictimai normaların pozulmasına və gənclərin ətrafdakılar üzərində təsir göstərmək cəhdlərinə səbəb olur. Videolarda iştirak edən gənclərin niyə belə davranışlar etdikləri tam aydın deyil. Bəzən bu, onların şəxsi əqli xüsusiyyətləri, psixoloji vəziyyəti və ya müəyyən sərhədsizliyi ilə əlaqəli ola bilər. Sosial media və qloballaşma gəncləri daha çox sərbəst davranmağa təşviq edir, internetdə müxtəlif “trend” və nümunələr bu cür davranışların artmasına təsir göstərir”.O bildirib ki,  belə davranışlar ictimai qınağa səbəb olur və etik normalardan uzaqlaşır:“Bu cür hallar həm gənclərin özləri, həm də onların ətrafı üçün potensial təhlükə mənbəyidir. Videolarda rast gəlinən spontan kampaniyalar, toplu rəqslər və digər hərəkətlər müəyyən bir rəhbərlik və ya koordinasiya olmadan həyata keçirilir. Lakin bəzi hallarda, gəncləri bu davranışlara yönəldən və onları daha çox təsir altında saxlayan mentor və ya böyüklər də olur. Belə halların qarşısını almaq üçün dövlət və ictimai qurumlar önləyici tədbirlər həyata keçirməlidir. Gənclərin fəaliyyətini yalnız sərbəst buraxmaq əvəzinə, onları yaradıcılıq, peşəkar təlim və məşğulluq sahələrinə yönəltmək məqsədəuyğundur. Bu, həm onların potensialını inkişaf etdirir, həm də qeyri-etik, təhlükəli və məsuliyyətsiz davranışların qarşısını alır. Eyni zamanda, ictimaiyyətin və valideynlərin rolu böyükdür. Gənclər bu cür videolar vasitəsilə özlərini sosial şəbəkələrdə nümayiş etdirərkən, ictimai qınaq və hüquqi məsuliyyət anlayışını nəzərə almalıdırlar. Qanunvericilik bu məsələləri müəyyən edir və gənclərin sosial media platformalarında törətdikləri hərəkətlərin hüquqi qiyməti ola bilər. Lakin, ilk növbədə diqqət maarifləndirmə və önləyici tədbirlərə yönəlməlidir, kəskin cəza və ya təzyiq yalnız zərurət olduqda tətbiq edilməlidir.Beləliklə, sosial şəbəkələrdə yayılan bu cür davranışlar gənclərin məsuliyyətsizliyi və sərbəstlik anlayışının bir təzahürüdür. Onların davranışlarını düzgün yönləndirmək, həm etik, həm sosial, həm də hüquqi normalara uyğunlaşdırmaq vacibdir ki, gələcəkdə daha sağlam və məsuliyyətli bir gənclik yetişdirilsin”, - sosioloq fikrini yekunlaşdırıb.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
demokrat.az

1Sources