EN

Poliklinikalarda sıxlığı azaltmaq üçün yeni ştatların açılması vacibdir -Həkim DANIŞDI

Günümüzdə aktual problemlərdən biri poliklinikalarda fəaliyyətin tam şəkildə sistemləşdirilməməsidir. Belə ki, mövcud sıra mexanizmi olsa da, bir çox hallarda vətəndaşlar tərəfindən bu qaydalara riayət olunmur. Mövcud vəziyyət poliklinikalarda xidmətin daha effektiv təşkili və qəbul prosesinin sistemli şəkildə tənzimlənməsi zərurətini gündəmə gətirir.

Bəs bu prosesi necə daha səmərəli və nizamlı şəkildə təşkil etmək olar?

Redaktor.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirdi ki, sığorta təbabətinin fəaliyyətə başlamasından sonra poliklinikalara müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb:

"İnsanlar əvvəllər ödədikləri tibbi xidmət haqlarını artıq ödəmədən poliklinikaların təqdim etdiyi pulsuz xidmətlərdən istifadə etməyə çalışırlar. Bu xidmətlərdən yararlanmaq üçün isə müəyyən qeydiyyat prosedurlarının aparılması tələb olunur ki, ən böyük növbələr də məhz bu mərhələdə yaranır. Problem ondadır ki, xəstə bir neçə fərqli mərhələdə növbəyə dayanmalı olur. Bu məsələnin poliklinika daxilində “bir pəncərə” prinsipi əsasında təşkili müəyyən qədər həll yolu kimi nəzərdən keçirilə bilər. Çünki müxtəlif həkim rəylərinin tələb olunması da əlavə çətinliklər yaradır. Belə görünür ki, əhali sayının artması fonunda kadr çatışmazlığı bu vəziyyətə təsir edən əsas amillərdən biridir".

Həkimin fikrincə, yeni ştatların açılması və tibb işçilərinin sayının artırılması növbələrin azalmasına müəyyən qədər müsbət təsir göstərə bilər:

"Mövcud ştatlarla artan müraciət axınının idarə olunması isə çətinlik yaradır. Əhali artdıqca, buna uyğun olaraq həkim sayının da artırılması zərurəti ortaya çıxır".

Xədicə BAXIŞLI

Chosen
15
1
redaktor.az

2Sources