Qatı qan təhlükəli ürək-damar xəstəlikləri riskini artırır və onun qatılaşmasında zülal çatışmazlığı səbəbkar ola bilər.
Medicina.az xəbər verir ki,Professor Kutışov sözlərinə görə, balanssız qidalanma qanın qatılaşması probleminə səbəb olur ki, bu da insanı varikoz damarlarına, tromboflebitə, anginaya və ürək tutmalarına həssas edir.
"Gündəlik menyuda zülal çatışmazlığı varsa, qan qatılaşır", Mixail Kutuşov qeyd edib.
Akademik bildirib ki, hər yeməklə birlikdə protein tərkibli qidalar qəbul edilməlidir - məsələn, hinduşka, toyuq, balıq, yumurta və kəsmik.
Bundan əlavə, oyandıqdan sonra bir stəkan ilıq su içmək qatılaşmış qanın qarşısını almağa kömək edə bilər.
Professor Kutuşov qaraciyər və böyrəklər üçün faydalı bir içki adlandırdı.
"Otaq temperaturunda maye içmək qanı durulaşdırmağa və toksin konsentrasiyasını azaltmağa kömək edir".
Aygün Musayeva