EN

"İsrailin Yaxın Şərqdə heç bir haqqı yoxdur" - AKP sözçüsü

“İsrailin Fələstin və ərəb torpaqları üzərində heç bir hüququ yoxdur”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin Yaxın Şərqdə “yəhudi dövlətinin hüququ” ilə bağlı fikirlərini şərh edərkən bildirib.

Fevralın 20-də Hakabi amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrailin Misirdəki Nil çayı ilə Suriya və İraqdakı Fərat çayı arasındakı torpaqlar üzərində Müqəddəs Kitaba əsaslanan hüququnun olduğunu iddia edib.

Çelik sosial şəbəkədə yazıb ki, “İsrailin işğal olunmuş Fələstin əraziləri və ya digər işğal olunmuş ərəb torpaqları üzərində heç bir hüququ və ya suverenliyi yoxdur. Dost və qardaş ərəb dövlətlərinin suverenliyinə qarşı hər hansı bir təhdid qanunsuzdur”.

O qeyd edib ki, Qərb Sahilinin ilhaqı və ya Qəzza zolağının birdəfəlik ayrılması istiqamətində mümkün addımlar “məkan soyqırımı” kimi qiymətləndirilməlidir. Siyasətçi həmçinin işğal olunmuş Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin genişləndirilməsini “açıq təcavüz” adlandırıb.

Çelikin fikrincə, beynəlxalq hüququn dini fanatik şərhlərlə əvəz olunması bütün Yaxın Şərq regionu üçün ağır nəticələrə səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

Chosen
11
1
redaktor.az

4Sources