AZ

Çelik: İsrailin heç bir əraziyə hüququ yoxdur

İsrailin Fələstin ərazilərinə və ya digər ərəb torpaqlarına heç bir haqqı yoxdur.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

O, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin Yaxın Şərqdə "yəhudi dövlətinin hüququ" ilə bağlı açıqlamasını şərh edib.

Çelik sosial mediada verdiyi açıqlamada bildirib ki, "İsrailin işğal olunmuş Fələstin əraziləri və ya işğal olunmuş digər ərəb torpaqları üzərində heç bir hüququ və ya suverenliyi yoxdur. Dost və qardaş ərəb dövlətlərinin suverenliyinə qarşı hər hansı bir təhdid qanunsuzdur".

O qeyd edib ki, Qərb Sahilini ilhaq etmək və ya Qəzza zolağını birdəfəlik ayırmaq üçün mümkün cəhdlər "məkan soyqırımı" hesab olunur və işğal olunmuş Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin genişləndirilməsi "açıq təcavüz kimi qiymətləndirilir".

Xatırlatma: M. Hakabi amerikalı jurnalist Taker Karlsona bildirib ki, İsrailin Misirdəki Nil çayı ilə Suriya və İraqdakı Fərat çayı arasındakı torpaqlara dair Müqəddəs Kitab hüququ var.


Telegram kanalımız
Seçilən
15
1
yenisabah.az

4Mənbələr