EN

Daha bir ölkə Aİ yə sürətlə qoşulmaq istəyir

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

İslandiya 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlük prosesinin yenidən başlanması ilə bağlı referendum keçirə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məlumata görə, ölkə parlamenti yaxın həftələrdə ümumxalq səsverməsinin tarixini elan edə bilər. Nəşrə anonimlik şərti ilə danışan yüksəkvəzifəli avropalı məmur bildirib ki, "kağız üzərində bu o qədər də çətin görünmür; hətta cəmi bir il kifayət edə bilər".

Əgər referendumda İslandiya vətəndaşları Avrointeqrasiyanı dəstəkləsələr, Şimali Avropa dövləti digər namizəd ölkələrin bir çoxundan daha sürətli şəkildə Aİ-yə üzv ola bilər. Bununla belə, Brüssel və Reykyavik arasında hələ də mübahisəli məsələlər qalır. Xüsusilə balıqçılıq hüquqları İslandiya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığından əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, İslamndiya artıq 2009-cu ildə beynəlxalq iqtisadi böhrandan sonra Aİ-yə üzvlük üçün müraciət etmişdi. Lakin 2015-ci ildə ölkənin Xarici İşlər Nazirliyi müraciətin geri götürüldüyünü açıqlamışdı.

Bundan əvvəl İslandiya ABŞ prezidenti Donald Trampın seçiciləri arasında "hədəf ölkələr" siyahısına daxil edilən dövlətlərdən biri kimi də gündəmə gəlmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
baku.ws

2Sources