EN

Azərbaycanda tikinti materiallarının istehsalı 39% artıb

Tikinti materiallarının istehsalı sahəsində 2026-сı ilin yanvar ayında istehsalın ümumi dəyəri 117.8 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 39.3 faiz artıb.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Ay ərzində asfalt istehsalı 2.1 dəfə, əhəng istehsalı 40 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 28.9 faiz, sement klinkerlərinin istehsalı isə 13.7 faiz artıb.

2026-сı ilin yanvar ayında metallurgiya sənayesi üzrə armatur istehsalı 14.9 faiz, polad tökmə istehsalı 34 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 60.6 faiz azalıb.

 

Chosen
9
banker.az

1Sources